Avstriya – Azərbaycan matçı polşalı hakimlərə tapşırıldı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycan milli komandaları arasında baş tutacaq oyunun hakimləri bəlli olub. Arena.az xəbər verir ki, yığmamızın Avstriya ilə səfər qarşılaşmasını Polşadan olan hakimlər idarə edəcəklər.

“Rayffayzen Arena”da baş tutacaq görüşün baş hakimi Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri Marçin Boniek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damian Kos yerinə yetirəcək.

Xatırladaq ki, Avstriya – Azərbaycan oyunu martın 24-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: