Azərbaycan Premyer Liqasında 28-ci turun hakimləri

Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-cu turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Arena.az xəbər verir ki, tura sabah start veriləcək.

Tovuzda baş tutacaq “Turan Tovuz” – “Sumqayıt” matçını Rəşad Əhmədov idarə edəcək.

Aprelin 1-də keçiriləcək “Kəpəz” – “Səbail” oyunu Tural Qurbanova, “Zirə” – “Neftçi” matçı isə Nicat İsmayıllıya tapşırılıb.

Sonuncu oyun gününə təsadüf edəcək “Şamaxı” – “Qarabağ” matçı Rauf Cabarov, “Sabah” – “Qəbələ” görüşü də Cavid Cəlilova həvalə olunub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 27 turdan sonra 71 xalı olan “Qarabağ” vahid liderdir. “Sabah” 62 xalla ikinci, “Neftçi” isə 56 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
28-ci tur
31 mart

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu, 15:30.

1 aprel

“Kəpəz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Gəncə şəhər stadionu, 15:30.

“Zirə” – “Neftçi”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

2 aprel

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Masazır. “Bank Respublika Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: