Azərbaycan Premyer Liqasında 32-ci turun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 32-ci turunun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, tura aprelin 29-da start veriləcək.

İlk oyun günündə iki görüş baş tutacaq. “Kəpəz” – “Sumqayıt” matçında Tural Qurbanov söz sahibi olacaq. “Sabah” – “Şamaxı” oyunu isə Fərid Hacıyevə tapşırılıb.

Qalan oyunlar mayın ilk günlərinə təsadüf edəcək. Ayın 1-də keçiriləcək “Zirə” – “Turan Tovuz” matçının baş hakimi Rauf Cabbarov olacaq. “Qəbələ” – “Səbail” qarşılaşması isə Rauf Allahverdiyevə həvalə olunub.

Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Turun mərkəzi oyunu olan Azərbaycan derbisini İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
32-ci tur
29 aprel

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu, 16:00.

“Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Masazır. “Bank Respublika Arena”, 18:30.

1 may

“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Qəbələ şəhər stadionu, 17:30.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

2 may

“Neftçi” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Bakcell Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: