“Real” İspaniya çempionudur!

İspaniya La Liqasında VAR əsasında verilmiş qərarlar Madrid “Real”ının 2022/2023 mövsümündə ölkə çempionu olmasına mane olub.

Arena.az xəbər verir ki, bu barədə MisterChip (Alexis) “Twitter” hesabı vasitəsilə məlumat yayıb.

Müəllif araşdırmaları əsasında əldə etdiyi nəticəyə görə, bildirib ki, geridə qalmış mövsüm ərzində İspaniya çempionatında VAR-ın köməyi ilə hakimlərin 174 qərarı dəyişdirilib.

Müəllif müvafiq nəticə əsasında tərtib etdiyi cədvəli də təqdim edib. Həmçinin çempionatda iştirak edən hər bir komandanın lehinə və əleyhinə verilmiş VAR qərarlarının sayı cədvəldə əksini tapıb.

Beləliklə, Madrid “Real”ı üçün 8 dəfə VAR-ın xidmətinə müraciət etmiş hakim bütün hallarda qərarını “Kral klubu”nun əleyhinə verib.

Eyni zamanda “Barselona” üçün də 8 dəfə VAR-a müraciət etmiş hakim 7 halda Kataloniya klubunun lehinə qərar verib.

Müəllif VAR-ın müdaxiləsi olmadan tərtib etdiyi İspaniya çempionatının yekun cədvəlində “Real”ın ölkə çempionu olduğunu əyani göstərib.

Xatırladaq ki, daha əvvəl “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti VAR sistemindən qeyri-düzgün istifadə edildiyini bildirmiş və müvafiq sistemə tez-tez müraciət edilməsinin futbolun ruhuna uyğun olmadığını vurğulamışdı.

İspaniya La Liqasında 2022/2023 mövsümü 88 xal toplamış “Barselona”nın çempionluğu ilə yekunlaşıb. Madrid təmsilçisi isə 78 xalla gümüş medalların sahibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: