Kristof Qaltye “Napoli”ni çalışdıra bilər

Fransa çempionu PSJ-nin sabiq baş məşqçisi Kristof Qaltye İtaliyanın “Napoli” komandasının sükanı arxasına keçə bilər.

Arena.az bu barədə “Il Mattino”ya istinadən xəbər verir.

Qaltye mövsüm bitən kimi PSJ-dən qovulub. Baxmayaraq ki, Paris təmsilçisi hələ onun ayrılığını rəsmən açıqlamayıb.

Qaltyenin “Napoli”də Luçano Spallettini əvəz edəcəyi deyilir. Spallettinin klub prezidenti Aurelio De Laurentislə fikir ayrılığı nəticəsində klubdan getdiyi deyilsə də, məşqçinin özü bir müddət yaradıcı fasilə götürmək istədiyini açıqlayıb.

Xatırladaq ki, Kristof Qaltye PSJ-yə Fransa çempionluğunu qazandırıb. Ancaq klub Çempionlar Liqasındakı uğursuzluğu fransız mütəxəssisə bağışlamayıb. Spallettiyə gəlincə, italyan mütəxəssis “Napoli”yə son 33 ildə ilk titulunu – “skudetto”nu qazandırıb.

“Napoli”nin prezidenti Aurelio De Laurentis baş məşqçi vəzifəsinə xeyli namizədlərinin olduğunu açıqlayıb. Məsələn, Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin sabiq baş məşqçisi Rudi Qarsiyanın da adı mümkün təyinat kimi çəkilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: