İtaliyanın “Latsio” klubu London “Arsenal”ının yollarını ayırmaq istədiyi yarımmüdafiəçi Jorjinyo ilə güclənmək istəyir.
Arena.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Roma təmsilçisi bu məqsədlə “topçular”a rəsmi təklif ünvanlamağa hazırlaşır.
Mənbədən alınmış məlumata görə İtaliya yığmasının milliləşdirilmiş braziliyalı xavbeki ilə “qartallar”ın baş məşqçisi Maurisio Sarri şəxsən maraqlanır. Jorjinyo Sarrinin rəhbərliyi altında “Napoli”də üç mövsüm (2015-2018) keçirib.
“Latsio” üçün yeganə əngəlin yarımmüdafiəcinin böyük məvacib tələbi olduğu bildirilir. Roma təmsilçisi bu məsələni futbolçunun nümayəndləri ilə nisbətən az məvacib müqabilində daha uzunmüddətli müqavilə təklifi ilə razılaşdırmaq fikrindədirlər.
Jorjinyo “Arsenal”a cari ilin yanvarında “Çelsi”dən transfer edilib. Geridə qalmış mövsüm ərzində yarımmüdafiəçi hər iki komandanın heyətində ümumilikdə 41 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə ilə fərqlənib. Jorginyo “Arsenal”la Premyer Liqanın “gümüş”ünü qazanıb.
Futbolçunun “topçular”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Jorjinyonu 35 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl “Arsenal” rəhbərliyi Jorjinyo üçün təkliflər olacağı halda yarımmüdafiəçini transfer etmək haqda variantları baxışdan keçirməyə hazır olduğunu bildirmişdi.


