“Barselona”nın Qavi problemi həllini tapdı

İspan yarımmüdafiəçi Qavi La Liqa tərəfindən “Barselona”nın əsas komandasının oyunçusu kimi qeydiyyatdan keçib.

Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Qavi “6” nömrə altında oynayacaq. Onun yeni müqaviləsi 2026-cı ilin iyun ayına qədər, sərbəst buraxılış məbləği isə 1 milyard avrodur.

2023-cü ilin əvvəlində “Barselona” yarımmüdafiəçisinin yeni müqaviləsini qeydiyyata almaq üçün icazə alıb, lakin La Liqa bundan apellyasiya şikayəti verib. Bundan sonra məhkəmə “Barselona”nın cavab apellyasiyasını rədd edərək, qərarı ləğv edib. İyunun əvvəlində Apellyasiya Məhkəməsi “Barselona”nın qeydiyyat üçün tələb olunan bütün müddətlərə əməl etdiyini əsas tutaraq klubun müraciətini təmin edib.

Qavi “Barselona”nın əsas heyətində 2021-ci ilin avqustun 29-da “Xetafe” ilə La Liqa oyununda debüt edib.

18 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümündə “Barselona”nın heyətində 49 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə edib və İspaniya çempionu, İspaniya Super Kubokunun sahibi olub. O, həmçinin İspaniya millisi ilə birlikdə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: