“Real”ın sabiq baş məşqçisi Zinədin Zidan Dortmund “Borussiya”sından transfer edilmiş yarımmüdafiəçi Cud Bellingemdən danışıb.
Arena.az “Madrid Xtra”ya istinadən Zidanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Ced Bellingem gələcəyin vacib oyunçusudur. O, “Real”da oynamağa hazırdır. Onunla 2022-ci il dünya çempionatının finalında rastlaşdım, azacıq söhbətləşdik. Onun gözəl karyerası olacağına ümidvaram”.
Xatırladaq ki, 19 yaşlı Bellingem “Real”a 103 milyon avro və əlavə 31 milyon avro məbləğində ödənişlər qarşılığında Dortmund “Borussiya”sından keçib. “Kral klubu” Bellingemlə 6 illik müqavilə imzalayıb.
2022/2023 mövsümündə Bellingem “Borussiya”nın heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib, komandası ilə Bundesliqanın gümüş mükafatına sahib olub.
“Transfermarkt” internet-portalı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.


