“Barselona” Qətərdəki franşizasını adlandırmaq təklifi alıb və bunu qəbul edəcəyi halda klub 100 milyon avrodan çox gəlir qazana bilər.
Arena.az bu barədə “Catalunya Radio”ya istinadən xəbər verir.
Müqavilə hazırda başlanğıc mərhələsindədir. Ötən həftə “Barselona”nın prezident Joan Laportanın rəhbərlik etdiyi nümayəndə heyəti Dohaya səfər edib. Kataloniya klubunun təmsilçiləri Qətərin paytaxtında Məhəmməd bin Abdullah Əl Attiyahın rəhbərlik etdiyi “Baladi Holding”in nümayəndələri ilə görüşüblər.
Qətərli iş adamları ərəb ölkələrindən birində “Barselona” klubunun yaradılması təklifi ilə çıxış ediblər. Öz növbəsində bu, bir franşiza olacaq və gələcəkdə oxşar modelin digər Avropa klublarına da təklif edilə biləcəyi mümkündür. Eyni zamanda, belə bir sistemlə bağlı mümkün hüquqi uyğunsuzluqların araşdırılmasına hələ də ehtiyac duyulur.
Müvafiq françayzinq “Mançester Siti” ilə MLS təmsilçisi “Nyu York Siti” arasında “City Group” şirkəti üzərindən qurulmuş modelin oxşarı ola bilər. David Vilya, Andrea Pirlo və Frenk Lempard kimi məşhur futbolçular karyerasının sonunda orada çıxış ediblər. Eyni zamanda, “City Group” Nyu-York klubunun yeganə sahibi deyil, onların ortağı “Nyu York Yankiz” beysbol klubunun sahibi olan şirkətdir.


