“Real” yeni mövsüm üçün kapitanlarını açıqladı

Bu yay Kərim Benzema ilə yollarını ayıran “Real” qarışıdakı 2023/2024 mövsümü üçün komanda kapitanlarını müəyyənləşdirib.

Arena.az bu barədə klubun yaydığı rəsmi məlumata istinadən xəbər verir.

“Kral klubu” növbəti mövsüm üçün dörd komanda kapitanının adını açıqlayıb.

Komandanın əsas kapitan sarğısı veteran ispan müdafiəçi Naço Fernandesə həvalə edilib. Xorvat yarımmüdafiəçi Luka Modriç ikinci kapitan seçilib. Üçüncü kapitan ispan müdafiəçi Dani Karvaxal, dördüncü isə alman yarımmüdafiəçi Toni Kroosdur.

Xatırladaq ki, geridə qalmış mövsümdə “Real”ın əsas kapitanı hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: