PSJ “Selta”dan Qabriel Veyqanı istəyir

PSJ “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqanı heyətinə qatmaq üçün Avropa futbolunun digər nəhəngləri ilə rəqabət aparmağa hazırlaşır.

Arena.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, PSJ rəhbərliyi “Liverpul”, “Mançester Siti” və “Çelsi” ilə başa-baş mübarizə aparmaqdan çəkinmir.

Qabriel Veyqanın müqaviləsində 40 milyon avro məbləğində təzminat bəndinin olduğu xüsuilə vurğulanır.

Geridə qalmış mövsümdə 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Selta”nın heyətində 39 oyuna çıxıb. O, bu oyunlarda 11 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Qabriel Veyqanı 30 milyon avro məbləğində qiymətləndirir.