Firuz Abdulla “Səbail”də yeni vəzifəyə təyin olundu

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri olan Firuz Abdulla “Səbail”in icraçı direktoru təyin edlib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” PFK-nın rəhbərləyi ilə klub üzvlərinin növbəti iclası keçirilib. İclasda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

ASCO-nun idarə heyətinin və “Səbail”in Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib. Hansı ki, o, bir müddət öncə öz istəyi ilə istefa versə də, müvəqqəti olaraq bu postdakı işini davam etdirirdi.

Daha sonra Firuz Abdullanın klubun yeni icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Yeni icraçı direktora işində uğurlar arzulanıb.

Xatırladaq ki, Firuz Abdulla həm də “Səbail” klubunun Müşahidə Şurasının üzvü idi. Onun gedişindən sonra AFFA-da mətbuat xidmətinə kimin rəhbərlik edəcəyi maraq doğurur. Belə ki, Firuz bəy paytaxt klubundakı işləri ilə əlaqədar AFFA-dan ayrılmağa qərar verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: