Aleksander Djiku “Fənərbaxça”da – Rəsmi

Bu yay Fransanın “Strasburq” klubundan azad agent kimi ayrılmış müdafiəçi Aleksander Djiku “Fənərbaxça”ya transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. İstanbul klubu onun transferi üçün əlavə xərcə düşməyib.

Mərkəz müdafiəçisi olan Aleksander Djiku “Bastiya”nın yetirməsidir. “Kan”da da forma geyinmiş futbolçu 2019-cu ildə 4,5 milyon avro qarşılığında “Strasburq”a transfer olunmuşdu. Müdafiəçi Liqa 1 təmsilçisində 127 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Djiku Fransada dünyaya göz açsa da, Qana milli komandasında oynamağa üstünlük verib. O, Qana yığmasının heyətində meydana çıxdığı 20 oyunda 1 qol da vurub.

Yeri gəlmişkən, “Strasburq”un yarımmüdafiəçisi Dimitri Lyenar da “Bastiya”ya transfer olunub. 35 yaşlı fransız da bu klubu azad agent kimi tərk edib. O, 2013-cü ildən formasını geyindiyi “Strasburq”da 327 oyuna çıxıb, 33 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: