“Napoli”: “PSJ Osimheni almaq iqtidarında olan yeganə klubdur”

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın hücumçusu Viktor Osimhenlə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanonun “Mediaset” portalına istinadı əsasında məlumat verir:

“Viktor Osimhenin transfer məbləğini ödəyə biləcək yeganə klub PSJ-dir. Nasser Əl-Khelaifi təxminən 200 milyon avro təklif etmək istəsə… gözləyəcəyik və nə olacağını görəcəyik. Şəxsən mən Viktorun burada qalacağını düşünürəm”, deyə De Laurentis bildirib.

Geridə qalmış 2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 5 məhsuldar ötürmə verib. O, komandası ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, 26 qolla turnirin ən sərrast futbolçusu olub.

Osimhenin “Napoli” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Tranfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: