Joelson Fernandes və Visar Bekay “Hatayspor”da!

Türkiyənin “Hatayspor” klubu heyətini daha iki yeni futbolçu – Joelson Fernandes və Visar Bekay ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Joelson Fernandes Lissabon “Sportinq”indən transfer olunub. 20 yaşlı sol cinah vingeri ilə 3 illik müqavilə imzalanıb.

Joelson “Sportinq”in yetirməsidir. Əslən Qvineya Bisaudan olan gənc vinger Portuqaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinib. O, 2021/2022 mövsümündə İsveçrənin “Bazel” klubunda icarədə olub. Hataylıların yeni transferi ötən mövsüm “Sportinq”in gənclərdən ibarət komandasında 16 oyuna 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Kosovodan olan Visar Bekay isə qapıçıdır. 26 yaşlı futbolçu da yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, karyerası ərzində iki klubun – “Priştina” və “Tirana”nın uğurları üçün çalışıb. Vaxtilə Albaniyanın U-17 yığmasında oynamış futbolçu sonradan Kosovo yığmasını seçib. O, millidə 5 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: