“Monako”nun və Fransa yığmasının tunisəsilli hücumçusu Vissam Ben Yedder cinsi təcavüzdə şübhəli bilinərək istintaqa cəlb edilib.
Arena.az bu barədə “France Info”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 19 və 20 yaşlı iki qız 32 yaşlı Ben Yedderi və başqa bir gənci birlikdə bir axşam vaxt keçirdikdən sonra, onları cinsi əlaqəyə məcbur etməkdə ittiham edib. Hadisə iyulun 10-da Monako yaxınlığında yerləşən Bosoley kommunasında baş verib.
İkinci şəxsin kimliyi açıqlanmır, amma çox güman ki, o, Vissamın 25 yaşlı qardaşıdır. Hazırda istintaq davam edir və nə Ben Yedder, nə də qardaşı nəzarətə alınıb.
Vissam Ben Yedder “Monako”ya 2019-cu ilin yayında “Sevilya”dan keçib. Geridə qalmış 2022/2023 mövsümündə o, “Monako”nun heyətində 43 oyuna çıxıb, 25 qol vurub, 7 məhsuldar ötürmə verib.
Ben Yedder Fransa yığmasında 19 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı Vissam Ben Yedderi 15 milyon avro məbləğində qiymətləndirir.


