Vinisius Junior məhkəmədə ifadə verdi

“Real”ın hücumçusu Vinisius Junior irqçilik işində zərərçəkmiş şəxs kimi videokonfrans vasitəsilə məhkəmədə ifadə verib.

Arena.az bu barədə “El Mundo”ya istinadən məlumat verir.

Təxminən iyirmi dəqiqə davam edən açıqlamasında Vinisius onu təhqir edərək incitmiş azarkeşləri bağışlamadığını və heç bir halda baş verənlərə görə təzminat tələb etməkdən imtina etmədiyini açıqlayıb. O, həmçinin “Malyorka” azarkeşlərinin davranışını pisləyib.

Vinisius Junior futbolçuların ünvanına mütəmadi olaraq yönələn təhqirlərdən deyil, irqçilik çalarları olan sözlərdən incidiyini də vurğulayıb.

Xatırladaq ki, mayın 26-da Valensiya məhkəməsi Vinisiusun “Malyorka” ilə oyunda üzləşdiyi irqi zəmində təhqirlərlə bağlı istintaqa başlayıb. Bu oyundan sonra braziliyalı ulduza qarşı irqçi təhqirlər ünvanlamış azarkeş müəyyən edilib və daha sonra həbsə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: