Futbol üzrə Türkiyə milli komandasının və “Trabzonspor”un yarımmüdafiəçisi Abdulkadir Parmak “Sivasspor”a transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Sivas klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Onun yeni klubuna transferinin digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Abdulkadir Parmak futbola “Trabzonspor”un aşağı yaş qrupları üzrə komandalarında başlayıb. O, karyerası ərzində “1461 Trabzon”, “Ümraniyəspor”, “Altınordu”, “Adana Dəmirspor”, “Kayserispor” kimi klubların formasını geyinib. Ötən mövsümü icarə əsasında “Qaziantep”də keçirmiş futbolçu, 11 oyuna 1 qol vurub. Mərkəz yarımmüdafiəçisinin “Trabzonspor” karyerası isə 104 oyun, 9 qol və 6 assistdən ibarətdir. O, Türkiyə milli komandasında da 1 oyun keçirib.


