Harri Keyn PSJ ilə də danışıqlar aparır

“Tottenhem”in 29 yaşlı ingilis hücumçusu Harri Keyn “Bayern”in böyük marağına rəğmən, hələ də PSJ ilə danışıqlar aparır.

Arena.az bu barədə jurnalist Matteo Morettoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Paris nəhəngi bir müddət əvvəl ingilis hücumçu ilə transferlə bağlı əlaqə saxlayıb. “Mahmızlar”la PSJ rəhbərliyi arasında yaxşı münasibət var ki, bu da mümkün sövdələşməni asanlaşdırır. Amma hazırda tərəflər arasında transferlə bağlı razılıq yoxdur. Keyn “Bayern”in güclü marağından xəbərdardır və hələ özünün gələcəyi ilə bağlı yekun qərar verməyib. Almaniya nəhənginin baş məşqçisi Tomas Tuxel futbolçunu elə, dərhal komandasında görmək istəyir.

Harri Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən əsas komandada çıxış edir.

Geridə qalmış 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: