“Real”ın braziliyalı ulduzu, vinger Vinisius Junior növbəti mövsümdə 7 nömrə altında çıxış edəcəyindən xoşbəxt olduğunu ifadə edib.
Arena.az “Madrid Xtra”ya istinadən Vinninin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Yeddi nömrənin mənə etibar edildiyi üçün xoşbəxtəm və fəxr edirəm. Axı bu, Kristiano Ronaldonun oynadığı nömrədir. Mən çox məmnunam!
Ronaldo məni ilhamlandırır, mən birincidən axırıncıya qədər onun iştirakı ilə hər oyunu görmüşəm. O, bütöv bir dövrü təcəssüm etdirirdi. Kristiano mənim kumirimdir. Bu nömrəni daşımaq – xəyalımdır”, deyə Vinisius Junior bildirib.
Xatırladaq ki, braziliyalı ulduz Vinni “Real”ın qarşıdakı mövsümdə simasıdır. “Real” komandanı Vinninin ətrafında qurub.
Geridə qalmış 2022/2023 mövsümündə Vinisius madridlilərin heyətində 55 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.


