Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” qapıçısı Şahin Zəkiyevi Birinci Liqada iştirak edəcək “Karvan”a icarəyə verib.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, klublar arasında əldə olunmuş anlaşmaya görə, qolkiper mövsümün sonuna qədər Yevlax təmsilçisinin qapısını qoruyacaq.
Xatırladaq ki, Şahin Zəkiyev “Keşlə”nin (indiki “Şamaxı”) yetirməsidir. 24 yaşlı qolkiper 2000-2022-ci illər aralığında “Səbail”də də forma geyinib.
Uzun illər sonra yenidən Premyer Liqaya qayıtmış “Araz-Naxçıvan” bu yay Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə yeni müqavilə bağlayıb. Sözügedən klub Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Abdulla Rzayev, Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Zamiq Əliyev, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike, İqor Ribeyro və Kristian Avramı da heyətinə qatıb.


