Avropa Konfrans Liqasında pley-off həyəcanı başladı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Trnava “Spartak”ı doğma meydanda “Dnepr-1” ilə qarşılaşıb. Slovakiya və Ukrayna klublarının ilk görüşündə qalib müəyyənləşməyib.

Şotlandiya “Hibernian”ı isə İngiltərə Premyer Liqa təmilçisi “Aston Villa”nı qəbul edib. Qonaq komanda illər sonra çıxdığı avrokubok görüşündə darmadağına sevinib.

Avropa Konfrans Liqasında pley-off mərhələsini qalan ilk oyunları avqustun 24-də keçiriləcək. Bu mərhələnin cavab görüşləri isə ayın 31-nə təsadüf edəcək.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
23 avqust

“Spartak” (Trnava, Slovakiya) – “Dnepr-1” (Ukrayna) 1:1

“Hibernian” (Şotlandiya) – “Aston Villa” (İngiltərə) 0:5

24 avqust

18:00. “Astana” (Qazaxıstan) – “Partizani” (Albaniya)
18:00. “Tobol” (Qazaxıstan) – “Viktoriya” (Çexiya)
19:00. “Struqa” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya)
20:00. “Jalgiris” (Litva) – “Ferentsvaroş” (Macarıstan)
20:30. “Nordsyelland” (Danimarka) – “Partizan” (Serbiya)
21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə)
21:00. “Farul” (Rumıniya) – HJK (Finlandiya)
21:00. “Fənərbaxça” (Türkiyə) – “Tvente” (Niderland)
21:00. “Levski” (Bolqarıstan) – “Ayntraxt” (Almaniya)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Çelye” (Sloveniya)
21:00. “Rapid” (Avstriya) – “Fiorentina” (İtaliya)
21:00. “Sepsi” (Rumıniya) – “Bodo Qlimt” (Norveç)
22:00. “Genk” (Belçika) – “Adana Dəmirspor” (Türkiyə)
22:00. “Gent” (Belçika) – APOEL (Kipr)
22:00. “Lill” (Fransa) – “Riyeka” (Xorvatiya)
22:00. “Midtyulland” (Danimarka) – “Legiya” (Polşa)
22:30. “Osasuna” (İspaniya) – “Brügge” (Belçika)
22:45. “Alkmaar” (Niderland) – “Brann” (Norveç)
22:45. “Ballkani” (Kosovo) – BATE (Belarus)
22:45. “Harts” (Şotlandiya) – PAOK (Yunanıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: