Jordi Alba İspaniya yığmasından getməyə qərar verdi

ABŞ klubu “İnter Mayami”nin ispan müdafiəçisi Jordi Alba yığma komandadakı çıxışına xitam vermək qərarına gəlib.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Jordi Alba qərarını bir neçə həftə əvvəl İspaniya Kral Futbol Federasiyasına (RFEF) açıqlayıb.

34 yaşlı Alba 2011-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının kapitanı idi. Təxminən 12 illik müddət ərzində Alba yığma komandada 93 oyun keçirib, 10 qol vurub, 22 məhsuldar ötürmə verib. Alba İspaniya yığması ilə Avropa çempionatını (2012), UEFA Millətlər Liqasını (2023) qazanıb.

Albanın klub karyerasının ən parlaq dövrü “Barselona”da çıxışı ilə əlamətdardır. Kataloniya nəhəngi ilə Jordi Alba bütün mümkün klub turnirlərinin dəfələrlə qalibi olub: 6 dəfə İspaniya çempionatını, 5 dəfə İspaniya Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Cari klubu “İnter Mayami” ilə Jordi Alba Liqalar Kubokunun (2023) qalibi olub. O, MLS təmsilçisinə bu yay “Barselona”dan azad agent kimi ayrılaraq keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: