Avropa Konfrans Liqasında pley-offa yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Türkiyə təmsilçilərindən “Beşiktaş” səfərdə məğlub etdiyi Kiyev “Dinamo”su ilə bu dəfə doğma meydanda qarşılaşacaq.

“Adana Dəmirspor” da ilk oyunda minimal fərqlə uduzduğu “Genk”i öz meydanında sınağa çəkəcək.

“Fənərbaxça” isə ilk oyunda darmadağın etdiyi “Tvente” ilə cavab görüşünə səfərdə çıxacaq.

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı HJK (Finlandiya) Rumıniya “Farul”u ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkü sabah – sentyabrın 1-də atılacaq.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
31 avqust

20:00. “Bodo Qlimt” (Norveç) – “Sepsi” (Rumıniya) (ilk oyun 2:2)
20:00. HJK (Finlandiya) – “Farul” (Rumıniya) (1:2)
20:45. “Breydablik” (İslandiya) – “Struqa” (Şimali Makedoniya) (1:0)
21:00. APOEL (Kipr) – “Gent” (Belçika) (0:2)
21:00. “Brann” (Norveç) – “Alkmaar” (Niderland) (1:1)
21:00. “Viktoriya” (Çexiya) – “Tobol” (Qazaxıstan) (2:1)
21:00. “Tvente” (Niderland) – “Fənərbaxça” (Türkiyə) (1:5)
21:30. PAOK (Yunanıstan) – “Harts” (Şotlandiya) (2:1)
22:00. “Adana Dəmirspor” (Türkiyə) – “Genk” (Belçika) (1:2)
22:00. BATE (Belarus) – “Ballkani” (Kosovo) (1:4)
22:00. “Beşiktaş” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) (3:2)
22:00. “Çelye” (Sloveniya) – “Makkabi” (Təl-Əviv, İsrail) (1:4)
22:00. “Dnepr-1” (Ukrayna) – “Spartak” (Trnava, Slovakiya) (1:1)
22:00. “Ferentsvaroş” (Macarıstan) – “Jalgiris” (Litva) (4:0)
22:00. “Fiorentina” (İtaliya) – “Rapid” (Avstriya) (0:1)
22:00. “Partizani” (Albaniya) – “Astana” (Qazaxıstan) (0:1)
22:15. “Riyeka” (Xorvatiya) – “Lill” (Fransa) (1:2)
22:30. “Brügge” (Belçika) – “Osasuna” (İspaniya) (2:1)
22:30. “Ayntraxt” (Almaniya) – “Levski” (Bolqarıstan) (1:1)
23:00. “Aston Villa” (İngiltərə) – “Hibernian” (Şotlandiya) (5:0)
23:00. “Legiya” (Polşa) – “Midtyulland” (Danimarka) (3:3)
23:00. “Partizan” (Serbiya) – “Nordsyelland” (Danimarka) (0:5)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: