Premyer Liqa: 5-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun gününə təsadüf edəcək “Sabah” – “Turan Tovuz” matçı Rauf Cabbarova tapşırılıb.

Sentyabrın 2-də iki oyun keçiriləcək. “Qəbələ” – “Zirə” matçını Cavid Cəlilov, “Sumqayıt” – “Neftçi” görüşünü isə Rauf Allahverdiyev idarə edəcək.

“Kəpəz” – “Araz-Naxçıvan” matçı Kamran Əliyevə, “Səbail” – “Qarabağ” qarşılaşması isə Kamranbəy Rəhimova həvalə olunub.

Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasında 4 turdan sonra maksimum nəticə göstərən “Zirə” 12 xalla vahid liderdir. “Sumqayıt” və “Qarabağ” isə 7 xalla 2-3-cü pillələri bölüşdürürlər.

Premyer Liqa
5-ci tur
1 sentyabr

“Sabah” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Əlincə Arena”, 19:00.

2 sentyabr

“Qəbələ” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmməov.
“Sumqayıt Arena”, 20:30.

3 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 17:00.

“Səbail” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bayıl Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: