Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunmuş püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.
32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası C qrupunda mübarizə aparacaq. Futbolçumuzun komandası “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) ilə üz-üzə gələcək.
Türkiyə təmsilçilərindən “Beşiktaş” D qrupunda “Brügge” (Belçika), “Bodo Qlimt” (Norveç) və “Luqano” (İsveçrə) ilə mübarizə aparacaq. “Fənərbaxça” isə H qrupunda “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya) və “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək.
Avropa Konfrans Liqası
Qrup mərhələsi
A qrupu
“Lill” (Fransa)
“Slovan” (Bratislava, Slovakiya)
“Olimpiya” (Sloveniya)
“Klaksvik” (Farer adaları)
B qrupu
“Gent” (Belçika)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Zarya” (Luqansk, Ukrayna)
“Breydablik” (İslandiya)
C qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Viktoriya” (Plzen, Çexiya)
“Astana” (Qazaxıstan)
“Balkani” (Kosovo)
D qrupu
“Brügge” (Belçika)
“Bodo Qlimt” (Norveç)
“Beşiktaş” (Türkiyə)
“Luqano” (İsveçrə)
E qrupu
“Alkmar” (Niderland)
“Aston Villa” (İngiltərə)
“Legiya” (Polşa)
“Zrinski” (Bosniya və Herseqovina)
F qrupu
“Ferentsvaroş” (Macarıstan)
“Fiorentina” (İtaliya)
“Genk” (Belçika)
“Çukariçki” (Serbiya)
G qrupu
“Ayntraxt” (Almaniya)
PAOK (Yunanıstan)
HJK (Finlandiya)
“Aberdin” (Şotlandiya)
H qrupu
“Fənərbaxça” (Türkiyə)
“Ludoqorets” (Bolqarıstan)
“Spartak” (Trnava, Slovakiya)
“Nordsyelland” (Danimarka)
Avropa Konfrans Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. Son turun oyunları isə dekabrın 14-də baş tutacaq.
Qrup mərhələsinin oyunları aşağıdakı tarixlərdə keçiriləcək:
1-ci tur – 21 sentyabr
2-ci tur – 5 oktyabr
3-cü tur – 26 oktyabr
4-cü tur – 9 noyabr
5-ci tur – 30 noyabr
6-cı tur – 14 dekabr


