17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Bakıda və Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimizin bu gün start götürmüş Bakı toplanışı sentyabrın 7-də başa çatacaq. İstanbul şəhərindəki təlim-məşq toplanışı isə sentyabrın 8-dən 13-nə qədər davam edəcək.
U-17 millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Baş məşqçi Füzuli Məmmədov ilk siyahıda 24 futbolçuya yer ayırıb.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Ayxan Abbaszadə – Turan Tovuz
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Əlizadə – Sabah
- Məsud Əlişanlı – EFA
- Əhməd Tarverdiyev – Sabah
- Səmid Əhmədov – Qəbələ
- Məhəmməd İmaməliyev – Neftçi
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Rəşad Alışov – Sabah
- Tuncay Əhmədov – Sabah
- Əkbər Məhərrəmov – Sabah
- Ömər Kərimov – Qəbələ
- İslam İsmayılzadə – Sabah
- Əmir Əliyev – Sabah
- Babamirzə Mehdiyev – Sabah
- Anar Hüseynov – Sabah
- Ziya Şəkərxanov – Qəbələ
- Emin Feyzullayev – Sabah
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Amid Qasımov – Qarabağ
- Ümid Səlimov – Sabah
- Röyal Fərzullazadə – Neftçi


