Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər” komandasını bundan sonra Çağdaş Atan çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlmat yayıb.
43 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Çağdaş Atan “Başakşəhər”in baş məşqçisi vəzifəsində bir neçə gün öncə istefaya göndərilmiş Emre Belözoğlunu əvəz edib. O özü də eyni vaxtda “Kayserispor”un baş məçqçisi postundan ayrılıb.
Atan 2022-ci ilin iyun ayından “Kayserispor”un baş məşqçisi postunda çalışırdı. O, bu komandanı bütövlükdə 43 oyuna çıxarıb. Kayseri klubu bu görüşlərdə 18 qələbə qazanıb, 8 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb. Türk mütəxəssis daha öncə “Alanyaspor”un da baş məşqçisi olub, “Beşiktaş”da köməkçi məşqçi kimi çalışıb.
Emre Belözoğlu isə 2021-ci ilin oktyabr ayından “Başakşəhər”ə rəhbərlik edirdi. O, bu komandanı 86 oyuna çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 44 qələbə qazanıb, 21 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb.
“Başakşəhər” bu mövsüm keçirdiyi 3 oyunun hamısında uduzub və 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.


