Dani Karvaxal cinsi təcavüzdə ittiham edilidi, məhkəməyə üz tutdu

Futbol üzrə İspaniya yığmasının və “Real”ın müdafiəçisi Dani Karvaxal onun haqda yalan məlumat yayan KİV-i məhkəməyə verdiyini bildirib.

Arena.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabı üzərindən məlumat paylaşıb:

“Son günlər mənim haqqımda mətbuatda dərc edilən məlumatların hamısı tamamilə yalandır. Mənim siyasi partiyalarla əlaqəmdən tutmuş, ta ki Rusiyada keçirilmiş 2018 FIFA Dünya Kubokunda cinsi təcavüzə qədər. KİV-in üçüncü şəxslərin sözlərinə etimad göstərərək, adımı və şərəfimi ləkələyən cəzasızca yazılar yazmaq hüququna malik olmasını iyrənc hesab edirəm. Mən artıq məhkəməyə müraciət etmişəm”, deyə Karvaxal yazıb.

Xatırladaq ki, Rusiyada keçirilmiş dünya çempionatı zamanı “Real”ın müdafiəçisinin ofisiant qıza nalayiq təkliflər etdiyi barədə məlumatlar yayılıb. Guya Karvaxal “cinsi üzvünü qızın xirtdəyinə salmaq” istəyində olub. İspaniya mətbuatı onu da yazıb ki, Karvaxal İspaniyada ifrat sağçı milli-mühafizəkar siyasi partiyanın tərəfdarıdır.

Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb və tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.
Cari mövsümdə Karvaxal “Real”ın heyətində 4 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Dani “Real”la bütün mümkün klub turnirlərini qazanıb: 3 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyuna çıxıb, 6 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023 UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 turnirlərində çempion olub.

Karvaxalın “Real”la müqaviləsi 2015-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 31 yaşlı Daniel Karvaxalı 12 milyoon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: