Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” mövsümün ilk matçında ötən mövsümü Premyer Liqada keçirmiş “Şamaxı” ilə qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
Birinci Liqa
1-ci tur
13 sentyabr
“Karvan” – “Mingəçevir” 4:1
Qollar: Akif Tağıyev, 45+1-pen. İzzət Müştaqov, 55. Elvin İsmayılov, 57. Peter Kinqs, 88 – Elnur Mirzəyev, 71.
Qırmızı vərəqə: Müşfiq Teymurov, 65 – Elçin Qasımov, 65. Elvin Əlizadə, 67.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Samir Qaracayev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 16:30.
14 sentyabr
“Zaqatala” – “İrəvan” 0:2
Qollar: Cavid Tağıyev, 41. İbrahim Əliyev, 58.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala OİK stadionu, 16:30.
“Difai Ağsu” – MOİK 0:3
Qollar: İsa Zeynallı, 10-pen. Elmir Rəhimzadə, 55. Xəyal Bədirov, 90+3.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Ağsu şəhər stadionu, 16:30.
“Araz Saatlı” – “İmişli” 0:3
Qollar: Xəzər Mahmudov, 45+2; 72. Tonia Tisdell, 80.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Saatlı OİK stadionu, 17:00.
15 sentyabr
“Qaradağ Lökbatan” – “Şamaxı” 1:1
Qollar: Seyxan Fərəcov, 52 – Emil Qasımov, 51.
Hakimlər: Emin Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 17:00.


