Dieqo Simeone: “Bu, “Atletiko”da ən zəif oyunum idi”

Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone komandasının “Valensiya” məğlubiyyətini (0:3) şərh edib.

Arena.az “Marca”ya istinadən məlumat verir ki, Simeone La Liqanın 5-ci turu çərçivəsində “döşəkçilər”in “Valensiya”ya böyük hesabla məğlub olduğu qarşılaşmanı, kluba gəlişindən bəri ən zəif oyunu adlandırıb:

“Hamı “Valensiya”nın daha yaxşı olduğunu gördü və rəqib etməli olduğunu da etdi. Biz isə kluba gəldiyimdən bəri ən zəif oyunu keçirdik. Rəqibi təbrik edirəm – o, bizim təpgi etməyimizə və məkandan isitafadə etməyimizə qarşı nə etməli olduğunu bilirdi. “Valensiya” oyunçuları daha yaxşı qaçırdılar və daha fəal futbol nümayiş etdirdilər. Mən qətiyyən qəzəbli deyiləm, çünki necə futbolçularım olduğunu və paltardəyişmə otağında necə ab-havanın olduğunu bilirəm, amma etiraf edirəm ki, oyun pis alındı”, deyə Dieqo Simeone mənzərəyə sağlam baxışını açıqlayıb.

“Atletiko” La Liqada keçirdiyi 4 oyundan 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət alıb, “döşəkçilər” 7 xalla 7-cı sırada qərarlaşıblar, top fərqi 10:4 nisbətindədir. Madridlilərin 4-cü tur çərçicəsində “Sevilya”ya qarşı keçirməli olduğu oyun paytaxta yağmış güclü yağış səbəbilə təxirə salınıb.

“Valensiya” isə 5 oyundan 3 qələbə, 2 məğlubiyyət yaşayıb və 9 xalla 5-ci sırada qərarlaşıb, “yarasalar”ın top fərqi 7:4 nisbətindədir.

5 turdan sonra La Liqaya 13 xalla “Barselona” liderlik edir. Potensial lider “Real” 5-ci tur oyununu hələ keçirməyib, madridlilərin 12 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: