UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”a 7 milyon avro ayırdı

UEFA Azərbaycanın 3 klubuna – “Qarabağ”, “Neftçi” və “Sabah”a avrokubokların 2023/2024 mövsümündəki iştiraka görə vəsait ayırıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqasında iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb:

  1. “Qarabağ” – 5 876 000 (beş milyon səkkiz yüz yetmiş altı min) avro
  2. “Neftçi” – 650 000 (altı yüz əlli min) avro
  3. “Sabah” – 650 000 (altı yüz əlli min) avro

Cəmi: 7 176 000 (yeddi milyon yüz yetmiş altı min) avro

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: