AFFA Samir Abasovla Xaqani Məmmədovu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Sumqayıt” oyununda “Zirə”nin futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Zirə” klubu buna görə 1500 manat cərimə edilib.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Sumqayıt” klubu buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Zirə” – “Sumqayıt” oyununda meydan sahibi klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zirə” 800 manat cərimə edilib.

“Zirə” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu da 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan”ın futbolçusu Məhəmməd Kadiri ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” klubu buna görə 500 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununda PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmamasına görə) “Kəpəz” klubuna xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə Tovuz klubu 500 manat cərimə edilib.

“Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Qəbələ” klubu buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: