Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçı “İrəvan”la “Karvan” komandaları arasında baş tutub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Günün digər matçında MOİK “İmişli” ilə üz-üzə gəlib. “Hərbçilər” bu matçdan minimal hesabla qalib ayrılıblar.
2-ci turun qalan üç oyunu sabah keçiriləcək. “Şamaxı” doğma meydanda “Araz Saatlı”, “Mingəçevir” “Qaradağ Lökbatan”ı, “Difai Ağsu” isə “Zaqatala”nı qəbul edəcək.
Birinci Liqa
2-ci tur
20 sentyabr
“İrəvan” – “Karvan” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kərim Zeynalov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 13:00.
MOİK – “İmişli” 1:0
Qol: Samir İbrahimov, 54-pen.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:30.
21 sentyabr
“Şamaxı” – “Araz Saatlı”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asif Abdullayev, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 15:00.
“Mingəçevir” – “Qaradağ Lökbatan”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“Difai Ağsu” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağsu şəhər stadionu, 15:30.


