“Arsenal”ın bask baş məşqçisi Mikel Arteta Premyer Liqanın 6-cı turunda “topçular”ın “Tottenhem”lə heç-heçəsini (2:2) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən Artetanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Əlbəttə ki, üç xal qazana bilmədiyimiz üçün məyusuq, xüsusən də hesabda iki dəfə önə çıxdığımızı nəzərə alsaq. Buraxılan ikinci qol komandaya duyğusal təsir bağışladı.
Sonra oyun əks-hücum xüsusiyyəti aldı. Bu qəbildən futbolla “Tottenhem”ə qarşı oynayanda həmişə risk var. Hücumda bizim ustalığımız çatışmırdı. Buna rəğmən, komanda fenomenal əhval və enerji nümayiş etdirdi.
“Tottenhem” kimi belə yaxşı komandaya qarşı topla oyunda soyuqqanlılığımız çatışmırdı”, deyə Arteta bildirib.
6 turdan sonra 14 xal toplamış rəqiblər – “Arsenal” turnir cədvəlində 5-ci, “Tottenhem” isə 4-cü pillədə qərarlaşıb. Hər iki komanda 4 qələbə qazanıb, 2 heç-heçə edib. “Mahmızlar” topların daha yaxşı fərqinə görə “topçular”dan öndədirlər (15:7 – 11:6).
Xosep Qvardiolanın “Mançester Siti”si isə 18 xalla Premyer Liqanın vahid lideridir.


