Birinci Liqa: “Karvan”la “Zaqatala”dan heç-heçə, “Difai” uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Dörd qolun qeydə alındığı “Zaqatala” – “Karvan” oyununda qalib müəyyənləşməyib. Səfərdə “Difai Ağsu” ilə qarşılaşan “Qaradağ Lökbatan” isə penaltidən vurduğu yeganə qol sayəsində qələbə qazanıb.

Turun qalan üç görüşü sabah baş tutacaq.

Birinci Liqa
4-cü tur
4 oktyabr

“Zaqatala” – “Karvan” 2:2
Qollar: Uensli Ondo, 20-öz qapısına. Bəhruz Teymurov, 43 – Peter Kinqs, 87. Akif Tağıyev, 88.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zaqatala OİK stadionu, 15:00.

“Difai Ağsu” – “Qaradağ Lökbatan” 0:1
Qol: Seyxan Fərəcov, 29-pen.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağsu şəhər stadionu, 15:30.

5 oktyabr

“İrəvan” – “Araz Saatlı”
Hakimlər: Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 13:00.

MOİK – “Şamaxı”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 15:00.

“Mingəçevir” – “İmişli”
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: