Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma meydanda İsveçrənin “Luqano” komandasını qəbul edəcək. “Fənərbaxça”nı isə Trnava “Spartak”ı ilə səfər oyunu gözləyir.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 2-ci tur
5 oktyabr
A qrupu
20:45. “Olimpiya” (Sloveniya) – “Slovan” (Bratislava, Slovakiya)
20:45. “Klaksvik” (Farer adaları) – “Lill” (Fransa)
B qrupu
20:45. “Gent” (Belçika) – “Makkabi” (Təl-Əviv)
20:45. “Breydablik” (İslandiya) – “Zarya” (Ukrayna)
C qrupu
18:00. “Astana” (Qazaxıstan) – “Viktoriya” (Plzen, Çexiya)
20:45. “Ballkani” (Kosovo) – “Dinamo” (Zaqreb, Xorvatiya)
D qrupu
20:45. “Bodo Qlimt” (Norveç) – “Brügge” (Belçika)
20:45. “Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə)
E qrupu
23:00. “Alkmar” (Niderland) – “Legiya” (Polşa)
23:00. “Aston Villa” (İngiltərə) – “Zrinski” (Bosniya və Herseqovina)
F qrupu
23:00. “Çukariçki” (Serbiya) – “Genk” (Belçika)
23:00. “Fiorentina” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan)
G qrupu
23:00. PAOK (Yunanıstan) – “Ayntraxt” (Almaniya)
23:00. “Aberdin” (Şotlandiya) – HJK (Finlandiya)
H qrupu
23:00. “Spartak” (Trnava, Slovakiya) – “Fənərbaxça” (Türkiyə)
23:00. “Nordsyelland” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan)


