Azərbaycan millisinin Farer adalarına gedəcək heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi növbəti iki oyun üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yığmamız UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 27-də səfərdə Farer adaları ilə üz-üzə gələcək. Ayın 31-də isə komandamız “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşacaq.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov qarşıdakı iki oyun üçün heyətə 23 futbolçu dəvət edib.

Millimiz qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 23-dən Farer adalarında təlim-məşq toplanışına başlayacaq.

Heyətə cəlb olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Şərifova Aytac – Trabzonspor (Türkiyə)
  2. Əliyeva Nərgiz – KDZ Eregli Spor (Türkiyə)
  3. İsmayılova Günay – Neftçi
  4. Mirzəliyeva Nigar – Zenit (Rusiya)
  5. Məmmədova Kamilla – Doğuş Gold Asya Spor (Türkiyə)
  6. Hacıyeva Nərgiz – Trabzonspor (Türkiyə)
  7. Mollayeva Manə – Neftçi
  8. Əhmədova Ayşən – PAOK (Yunanıstan)
  9. Bakarandze Kristina – Qalatasaray (Türkiyə)
  10. Məmmədova Diana – Yenisey (Rusiya)
  11. Əliyeva Coşqunə – Neftçi
  12. Hacıyeva Vüsalə – Amedspor (Türkiyə)
  13. Seyfəddinova Vüsalə – Fomget GSK (Türkiyə)
  14. Teymurova Firəngiz – Neftci (Azərbaycan)
  15. Acar Yeliz – Fatih Vətən (Türkiyə)
  16. Bozdağ Peritan – Fatih Vətən (Türkiyə)
  17. Dorofeyeva Alina – Yenisey (Rusiya)
  18. Cəfərzadə Sevinc – Krasnodar (Rusiya)
  19. Parlak Nazlıcan – Qalatasaray (Türkiyə)
  20. Məhsimova Jalə – Amedspor (Türkiyə)
  21. Rəhimova Milana – Neftçi
  22. Əliyeva Aysun – Neftçi
  23. Cəfərova Fidan – Baku Juniors Football Club
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: