Renat Dadaşov “Fənərbaxça”ya qarşı oyundan yazdı

“Hatayspor”un hücumçusu Renat Dadaşov Super Liqanın 9-cu turunda “Fənərbaxça”ya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Hatay təmsilçisi ötən axşam səfərdə qarşılaşdığı İstanbul klubu ilə görüşdə 2:4 hesablı məğlubiyyətə üzülüb.

Sözügedən oyuna start heyətində başlayan və sonadək meydanda olan Dadaşov komandasına qol və ya məhsuldar ötürmə ilə kömək edə bilməyib. 24 yaşlı hücumçu oyundan sonra özünün “İnstagram” hesabında paylaşım edib və bu sözləri qeyd edib:

“Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü reallaşacaq növbəti matça köklənəcəyik”.

“Hatayspor” Türkiyə Super Liqasındakı növbəti oyununu oktyabrın 27-də doğma meydanda “Kayserispor”a qarşı keçirəcək.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 5 oyun keçirib və 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: