AFFA “Qəbələ”nin futbolçularını 1 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimələnib. Oyun bitdikdən sonra meydanaçaya kənar şəxslər daxil olduğuna görə Tovuz klubu daha 800 manat cərimələnib.

“Səbail” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” 800 manat cərimələnib.

“Kəpəz” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimələnib.

“Sabah” – “Sumqayıt” oyununda “Sabah”ın meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimələnb.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Qəbələ”nin futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib. “Qəbələ”nin digər futbolçusu Osama Xalayla da ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimələnib.

Əvəzedicilərin də cəzaları açıqlandı

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 10-cu turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:

“Qəbələ-2” – “Araz-Naxçıvan-2” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail”in futbolçusu Tofiq Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimələnib.

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” 70 manat cərimələnib. “Sabah”ın futbolçusu Fəxri Məmmədli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimələnib.
“Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib. “Sumqayıt”ın futbolçusu Said Əliyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimələnib. Oyun bitdikdən sonra “Sumqayıt”ın futbolçusu Ruslan Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimələnib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: