“İnter” ötən mövsümü 85 milyon avro zərərlə başa vurub

İtaliya nəhəngi “İnter” 2022/2023 mövsümü üçün maliyyə hesabatını tərtib edərək ictimaiyyət üçün açıqlayıb.

Arena.az bu barədə Milan klubunun rəsmi saytına istinadən məlumat verir.

“İnter” 2022/2023 mövsümünü 85 milyon avro zərərlə başa vurub. Amma bu, ötən mövsümlə müqayisdə itkilərdə azalma fərqi mənzərəsində baş verib.

30 iyun 2023-cü il tarixində başa çatmış maliyyə ilində 2021/2022 maliyyə ili ilə müqayisədə itkilərdə daha da əhəmiyyətli azalma müşahidə edilib: 140 milyon avrodan 85 milyon avroya, bu isə 55 milyon avro fərq deməkdir. Mövsüm üzrə ümumi gəlir 425 milyon avro olub ki, bu da oyunçu ticarəti xaric təxminən 60 milyon avro artım deməkdir. Əməliyyat xərcləri 528 milyon avrodan 465,5 milyon avroya qədər azalıb.

2023-cü təqvim ili ərzində əsas səhmdar yeni səhmdarlara 51 milyon avro kredit verib və kluba 86 milyon avro məbləğində yenidən sərmayə yatırıb.

“İnter” bugünkü iclasda təsdiqlənmiş maliyyə hesabatının nəticələrinə əsasən hesab edir ki, UEFA-nın Hesablaşma müqaviləsinin şərtlərinə əməl edib. Bu, ötən mövsümlə bağlı sanksiyaların tətbiq edilməsi ehtimalını istisna edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: