İtaliya kubokunda 1/8 finala 3 vəsiqənin sahibi bəlli oldu

Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Bu oyunların hər birində meydan sahibləri qələbə qazanıblar. “Kremoneze” “Çittadella”nı, “Salernitana” “Sampdoriya”nı, “Bolonya” da “Verona”nı məğlub yola salmaqla 1/8 finala vəsiqə qazanıb.

İtaliya Kubokunda 16 final mərhələsinin qalan görüşləri 1-2 noyabrda keçiriləcək.

İtaliya Kuboku
1/6 final

31 oktyabr

Kremoneze – Çittadella 2:1
Salernitana – Sampdoriya 4:0
Bolonya – Verona 2:0

1 noyabr

18:00. Cenoa – Reciana
21:00. Leççe – Parma
00:00. Udineze – Kalyari

2 noyabr

21:00. Sassuolo – Spetsiya
00:00. Torino – Frozinone

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: