Eduardo Kamavinqa “Real”la müqaviləsini yenilədi – Rəsmi

“Real”ın fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqa “Kral klubu” ilə razılıq əldə edərək müqaviləsini yeniləyib.

Arena.az bu barədə “Real”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Kamavinqanın “Real”la yeni müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro müqabilində “Renn”dən transfer edib.

Cari mövsümdə Eduardo “Real”ın heyətində 15 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Ümumilikdə Eduardo “Real”ın heyətində 114 oyuna 2 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Fransalı yarımmüdafiəçi “Kral klubu”nun ilə İspaniya La Liqasının (2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Eduardo Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı Eduardo Kamavinqanı 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: