Birinci Liqa: 8-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 8-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

8-ci turun qarşılaşmaları 9 və 10 noyabrda keçiriləcək. Bu turun təyinatları ilə sizi tanış edirik:

Birinci Liqa
8-ci tur
9 noyabr

“Difai Ağsu” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Aydın Baxşıyev, Rəhman Aslanov, Elvin Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Ağsu şəhər stadionu, 14:00.

“Zaqatala” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zaqatala OİK stadionu, 14:00.

MOİK – “İrəvan”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

10 noyabr

“Qaradağ Lökbatan” – “Araz Saatlı”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Karvan” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Ruslan Quliyev, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Yevlax şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: