Zinədin Zidan futbolda uşaqlıq kumirinin adını çəkdi

Fransa yığmasının əfsanəvi sabiq yarımmüdafiəçisi, hazırda baş məşqçi Zinədin Zidan uşaqlıqda kimin oyununa həvəs göstərdiyindən danışıb.

Arena.az məlumat verir ki, Zidan bu barədə “Adidas” “YouTube” kanalına danışıb:

“Mənim kumirim əvvəllər Marsel “Olimpik”ində oynamış uruqvaylı hücumçu Enzo Françeskoli idi. O gələndə Fransada əcnəbi futbolçu az idi. Ona görə də onun oynadığını görəndə bunun fərqli olduğunu anladım. O, çox zərif oyunçu idi. Onun topa nəzarətetmə tərzi mənim xoşuma gəldi və mən də bunu etmək istədim”, deyə Zidan xatırlayıb.

Daha əvvəl bildirilmişdi ki, Zidan klubun satılacağı şərti ilə Marsel “Olimpik”inin baş meneceri vəzifəsini tutmağa razılaşıb. Bildirilir ki, klubla Zidan arasında müqavilənin bağlanması üçün danışıqlar qabaqcıl mərhələdədir.

Xatırladaq ki, futbolçu karyerasını başa vurmuş Zinədin Zidan daha sonra məşqçiliyə başlayıb və “Real”la tarixi uğurlara imza atıb. O, 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləcə o, Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: