“Qranada” qadınlara qarşı zorakılığa yönəlmiş tədbirə qatılacaq

La Liqa təmsilçisi “Qranada” Qadınlara Qarşı Zorakılığa Qarşı Mübarizə Gününə (25 noyabr) həsr edilmiş tədbirə qoşulacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Bildirilir ki, “Qranada” səlahiyyətli hökumət departamenti ilə əməkdaşlıq edəcək və onlar vətəndaşların problem haqqında məlumatlandırılmasına yönəlmiş xüsusi tədbirlər təşkil edəcək. Həmçinin qadınlara qarşı zorakılığın bütün formalarının qarşısını ala biləcək tədbirlər hazırlayacaqlar.

Müvafiq tədbirin bir hissəsi kimi fəaliyyətlərdən biri “Qranada”nın gender əsaslı zorakılıq qurbanlarını dekabrın 10-da Bilbao “Atletik”i ilə La Liqa oyununa dəvət etməsi olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: