Mikel Arteta “Arsenal”da yeni rekord müəyyənləşdirdi

İngiltərə Premyer Liqasının 13-cü turunun “Brentford”la səfər oyununda qələbə “topçular”ın baş məşqçisi Mikel Arteta üçün əlamətdar olub.

Arena.az “Squawka Football” dərgisinə istinadən məlumat verir ki, minimal hesablı qələbə sayəsində (1:0) ispan mütəxəssis klub rekordunu müəyyənləşdirib.

Arteta “topçular”ın sükanı arxasında keçirdiyi 200-cü oyunda 116-cı qələbəsini qazanıb. Buna qədər rekord fransız mütəxəssis Arsen Vengerə məxsus isi (111 qələbə). Corc Qrem isə ilk 200 oyunda “topçular”la 106 qələbə qazanıb.

Qələbə sayəsində “Arsenal” 30 xalla Premyer Liqanın turnir cədvəlində liderliyi ələ keçirib.

Mikel Arteta “Arsenal”ı 2019-cu ilin dekabrından çalışdırır. İspan mütəxəssisin “topçular”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arteta “Arsenal”a İngiltərə Kubokunu (2019/2020) və İngiltərə Super Kubokunu (2020/2021, 2023/2024) qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: