Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turu başa çatır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutacaq.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” doğma meydanda İngiltərə nəhəngi “Mançester Yunayted”i qəbul edəcək. Qrup lideri “Bayern” isə Almaniyada “Kopenhagen”i (Danimarka) sınağa çəkəcək.

B qrupunda “Sevilya” İspaniyada PSV (Niderland) ilə görüşdə ilk qələbəsini qazanmağa çalışacaq. İngiltərə təmsilçisi “Arsenal” isə evdə “Lans”la (Fransa) üz-üzə gələcək.

C qrupunda “Braqa” Portuqaliyada “Union Berlin”i (Almaniya) sınağa çəkəcək. Qrupun digər oyunu Madrid “Real”ı (İspaniya) ilə İtaliya çempionu “Napoli” arasında baş tutacaq.

D qrupunda da Portuqaliya “Benfika”sı İtaliya “İnter”i ilə qarşılaşacaq. “Real Sosyedad” (İspaniya) isə Avstriyanın “Zalsburq” komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları 12-13 dekabrda keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
29 noyabr

A qrupu

21:45. “Qalatasaray” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə)
00:00. “Bayern” (Almaniya) – “Kopenhagen” (Danimarka)

Xal: Bayern – 12. Kopenhagen – 4. Qalatasaray – 4. Mançester Yunayted – 3.

B qrupu

21:45. “Sevilya” (İspaniya) – PSV (Niderland)
00:00. “Arsenal” (İngiltərə) – “Lans” (Fransa)

Xal: Arsenal – 9. PSV – 5. Lans – 5. Sevilya – 2.

C qrupu

00:00. “Braqa” (Portuqaliya) – “Union Berlin” (Almaniya)
00:00. “Real” (İspaniya) – “Napoli” (İtaliya)

Xal: Real – 12. Napoli – 7. Braqa – 3. Union Berlin – 1.

D qrupu

00:00. “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
00:00. “Real Sosyedad” (İspaniya) – “Zalsburq” (Avstriya)

Xal: Real Sosyedad – 10. İnter – 10. Zalsburq – 3. Benfika – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: