Xosep Qvardiola “Leypsiq”lə oyunu “xırdaladı”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 5-ci turunda “Leypsiq” üzərində qazanılmış qələbə (3:2) haqda danışıb.

Arena.az məlumat verir ki, oyunda 0:2 hesabı ilə geridə olan “şəhərlilər” geri-dönüş edərək 3:2 hesablı qələbə qazanıb turnirin 1/8 finalına qrup birincisi kimi vəsiqə əldə ediblər:

“Bu, Çempionlar Liqasıdır. “Leypsiq” son 5-6 ildə həmişə pley-offa yüksəlib. İlk hissədə müdafiə oyununda tez-tez uduzurduq. Təkbətək mübarizələri qazanmaq lazımdır, amma biz bunu etmədik.
Bizə sakitləşmək, rahat oynamaq lazım idi və biz fasilədən sonra çox yaxşı cavab verdik. Qrupda birinciyik və sonda komandanın reaksiyasından çox razıyam. Komanda qaçır, döyüşür, xasiyyəti var”, deyə Xosep Qvardiola komandasından və nəticədən razılıq edib.

İndi “Mançester Siti” 15 xalla “G” qrupunun vahid lideridir və rəqibləri üçün əlçatmazdır. “Leypsiq”in 9 xalı var. Hər iki komanda növbəti mərhələyə vəsiqəsini təmin edib. “Yanq Boyz”un 4 xalı var və İsveçrə təmsilçisi mübarizəsini Avropa Liqasında davam etdirəsək. “Srvena Zvezda”nın isə 1 xalla qrupun autsayderidir, Serbiya təmsilçisi üçün turnir bitib.

Sonuncu, 6-cı turda “Srvena Zvezda” “Mançester Siti”ni, “Leypsiq” isə “Yanq Boyz”u qəbul edəcək. Bu oyunların nəticəsinin turnir əhəmiyyəti kəsb etməyəcəyi isə göz qabağındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: