Fransa nəhəngi “Pari Sen-Jermen”in prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi ağır zədə alaraq cərrahi əməliyyat keçirib.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Belə ki, keçmiş tennisçi olan Əl-Xelaifi Qətərin paytaxtı Doha şəhərində ikən, istirahət vaxtı əylənmək məqsədilə tennis oynamaq qərarına gəlib.
Tərəf müqavili olaraq “Əl-Ərəbi” futbol klubunun italyan mərkəz yarımmüdafiəçisi Marko Verrattini seçmiş Əl-Xelaifi avarlı tennis (paddle tennis, POP tennis) oynayarkən zədə alıb.
Müayinə Əl-Xelaifinin çarpaz diz bağında yırtıq aşkarlayıb. Əl-Xelaifi təxirə salınmadan, dərhal əməliyyat masasına qaldırılıb və cərrahi əməliyyat edilib. Cərrahi müdaxilənin uğurla başa çatdığı vurğulanır. Hazırda PSJ-nin prezidenti ahəstə surətdə bərpa mərhələsi keçir.


